Bədii gimnastika

Gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. Bütün çıxışlar ölçüsü 13×13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir.