Parkur

Bir məşğuliyyət kimi küçələrdə meydana gəlib. Bu idman bir başlıca prinsipə – hərəkətlərin effektivliyi və axıcı olmasına əsaslanaraq bir nöqtədən digərinə çatma sənətidir. Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid Parkur yarışlarında şəhər yerində olan maneələri əks etdirmək üçün Parkur sahəsində müxtəlif divar və tirlər quraşdırılır. Bu maneələri dəf etmək üçün idmançılar pişik tullanışı, hoppanaraq əllərlə tutma, enərək hoppanma və divar üzərində yürümə kimi bir çox texniki üsullardan istifadə edirlər.