Qadın idman gimnastikası

4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər) çıxışların nümayiş olunduğu bir idman növüdür. Gimnastlar irimiqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında fərdi çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələrini sınayırlar.