HAQQIMIZDA

HAQQIMIZDA

“Ocaq Sport” Klubu 2013-cü ilin 24 oktyabr tarixində yaradılıb. Yarandığı il burada yalnız bədii gimnastika üzrə bölmə fəaliyyət göstərib.

Lakin, son illər ərzində  gimnastikaya olan maraq və axını nəzərə alaraq burada gimnastikanın digər növləri üzrə bölmələrin yaradılmasına qərar verilmişdir. “Ocaq Sport” Klubunda artıq, Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil olan gimnastikanın 6 yarış növü - bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika, aerobika gimnastikası üzrə bölmələr və qeyri yarış növü olan gimnastika hamı üçün bölməsi fəaliyyət göstərir.

Klubumuzun məqsədi gimnastika növlərini inkişaf etdirmək, onları təbliğ etmək və yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir. Fəxr ilə deyə bilərik ki, bu gün artıq “Ocaq Sport” Klubunun yetirmələri bir sıra beynəlxalq yarışlarda uğurla çıxış etmiş, o cümlədən, bədii gimnastımız Marina Durunda və kişi idman gimnastımız Oleq Stepko 2016-cı ildə Rio de Janeyroda keçirilmiş Olimpiya Oyunlarında ölkəni təmsil etmişlər.

İdman sağlam həyat tərzinin rəhnidir. Qarşımıza qoyduğumuz məqsədlər sizə və övladlarınıza idman karyeralarındakı əlçatmaz arzulara daha da yaxınlaşmaqda yardımçı olacaq. Bizə güvəndiyiniz üçün təşəkkür edir və həyat tərzinizin bir hissəsi olmaqdan qürur duyuruq.