Sağlam, eyni zamanda güclü
olmaq, hər zaman yaxşı formada qalmaq və boş vaxtınızı ailəliklə əylənərək
keçirmək istəyirsiniz!?
O zaman bizə Qoşulun!
“Ocaq Sport” Klubu aktiv, sağlam
və güclü olmaq istəyən qız və oğlanları, eləcə də qadın və kişiləri “Gimnastika
hamı üçün” bölməsinə dəvət edir.
“Gimnastika hamı üçün” yaşından,
cinsindən və bacarıqlarından asılı olmayaraq hər kəsin idman növüdür. Bu növ
uşaqları uzun-müddətli idman fəaliyyətinə hazırlamaq və həyat bacarıqlarını
inkişaf etdirmək, orta yaşlı insanlar üçün isə formada qalmaq və orqanizmi əyləncəli
gimnastika hərəkətləri ilə möhkəmləndirmək üçün mükəmməl bir vasitədir.
Odur ki, övladlarınızı
“Gimnastika hamı üçün” bölməsinə gətirin və özünüz də vaxtınızı boşa sərf etmədən
gimnastika ilə məşğul olun!
Uşaqlarınıza və özünüzə idmanda
doğru başlanğıc verin!
Məşqlər həftənin 1 və 3-cü günləri
saat 19:00-dan 20:00-dək, 6-cı günü isə 16:00-dan 17:00-dək Milli Gimnastika
Arenasında keçiriləcək.
Bu məşqlərin qiyməti uşaqlar
üçün 80 AZN, böyüklər (18 yaş və daha böyük) üçün 100 AZN, uşaq və valideyn
birgə qatıldıqda isə endirimli qiymət 160 AZN təşkil edir.
Yaşından asılı olmayaraq hər kəsin
yolunu gözləyirik.
Əlavə məlumatı (+99455) 949 66
88 əlaqə nömrəsi vasitəsilə və www.ocaqsport.az saytından əldə edə bilərsiniz.