Fevralın 28-də keçirilən “Ocaq Sport Klubu” İctimai
Birliyinin Ümumi Yığıncağında İdarə Heyətinin yeni Sədri Məmmədov Rəşid Fərhad
oğlu seçilmişdir. R.Məmmədov 11 iyul 1995-ci il tarixində Bakı şəhərində anadan
olub.
2012-ci ildə Bakı şəhəri, Nərimanov rayonu 47 nömrəli
tam orta məktəbi bitirib. 2012-2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat
Universitetində təhsil alıb.
Hal-hazırda Rusiyanın Sankt-Peterburq şəhərində, “P.F.Lesqaft
adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universiteti”ndə magistratura
üzrə qiyabi təhsil alır.
2016-2017-ci illərdə “Azərbaycan Gimnastika
Federasiyası”nın (AGF) təşkil etdiyi yarışların Yerli Təşkilat Komitəsinə
könüllü olaraq qatılıb.
2019-2020-ci illər
ərzində AGF-nin idman meneceri vəzifəsində işləmişdir.