İlk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku”

Noyabrın 25-dən 27-dək “Ocaq Sport” klubu ilk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər. Yarışda 2007-2016-cı il təvəllüdlü gimnastlar fərdi, və qrup hərəkətləri üzrə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.