Zöhrə Universiadanın gümüş medalını qazandı

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

Gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425  xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.

Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib.