OCAQ SPORT KLUBU – AİLƏNİZİN İDMAN OCAĞI

26.09.2025

Batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi

Yarış haqqında

26 sentyabr tarixində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi keçiriləcək.


Gimnastlar fərqli yaş kateqoriyalarında həm fərdi, həm də sinxron proqramlarda qalibiyyət uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.


Qeyd edək ki, "Ocaq Sport" klubunu yarışda 16 gimnast təmsil edəcək.


Əziz Şəki idmansevərləri, həyəcan dolu atlayışlar və mübarizə dolu yarış sizi gözləyir! Bu idman şousunu izləmək fürsətini qaçırmayın!


📍 Məkan: Şəki OİK

📅 Tarix: 26 sentyabr

🎟️ Giriş sərbəstdir!

  • 26.09.2025
  • Giriş sərbəstdir!
  • Şəki OİK
  • +99412 493 3011