20 və 21 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi baş tutacaq.
İki gün davam edəcək yarışda müxtəlif yaş qruplarına aid gimnastlar halqa, top, gürzlər, lent və alətsiz proqramlarda öz məharətlərini, çevikliklərini və bacarıqlarını təqdim edəcəklər.
Yarış iştirakçıları yalnız texniki ustalıqları ilə deyil, həm də artistizmləri, musiqi ilə harmoniyaları və zərif çıxışları ilə diqqət çəkəcəklər. Bu tədbir həm gənc idmançılar üçün böyük bir təcrübə, həm də tamaşaçılar üçün estetik zövq yaşadan unudulmaz idman bayramı olacaq.
Qeyd edək ki, "Ocaq Sport" Klubunu 53 gimnast fərdi proqramlarda, həmçinin 5 qrup hərəkətləri komandası təmsil edəcək.
Əziz Şəki idmansevərləri və qonaqlar, sizi iki gün boyunca musiqi ilə idmanın vəhdətində unudulmaz anların şahidi olmağa dəvət edirik!
📅 Tarix: 20 və 21 sentyabr
📍 Məkan: Şəki OİK
🎟️ Giriş sərbəstdir!