Olimpiya növü
Aerobika gimnastikası bu növü xarakterizə edən musiqi ritminin müşayiəti ilə ardıcıl hərəkətlər silsiləsinin sinxron şəkildə icra olunduğu qeyri-olimpiya idman növüdür.
Yarışlarda gimnastlar 7 proqram üzrə mübarizə aparırlar: kişilərin və qadınların fərdi çıxışları, qarışıq cütlüklər (1 qadın və 1 kişi), üçlüklər, qrup (5 nəfər), aerodans (8 nəfər), aerostep (8 nəfər). Üçlüklər, qrup, aerodans və aerostep tərkibinə yalnız kişilər, yalnız qadınlar və ya qarışıq şəkildə həm kişi, həm də qadınlar daxil ola bilər.
Xüsusi aerobika meydançasının ümumi ölçüsü 12x12 metrdir. Böyük və gənc gimnastlar üçün çıxış sahəsi 10x10 m, yeniyetmə gimnastlar üçün isə 7x7 m. Çıxışlar zamanı gimnastlar qolların hərəkətləri ilə uyğunlaşdırılmış yeddi əsas addım, çətin gimnastika elementləri, orijinal keçidlər, tərəfdaşlarla əməkdaşlıq, tərəfdaşı yuxarı qaldırma nümayiş etdirirlər. Yeddi əsas addıma marş, hoppanma, yerimə, sıçrama, dizin yuxarı qaldırılması, tullanma, hoppanaraq eyni zamanda əlləri yuxarı qaldırma, sanki suya başvurma hərəkətləri daxildir.
Çıxışlar zamanı hakimlər artistizm, icra və hərəkətlərin çətinliyini qiymətləndirirlər.
Bədii gimnastika, Gimnastika hamı üçün, Üzgüçülük, Şahmat, Cüdo, Stolüstü tenis
Bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, “team gym”, gimnastika hamı üçün, hava gimnastikası, xüsüsi uşaqlar üçün gimnastika
Kişi idman gimnastikası, akrobatika gimnastikası və gimnastika hamı üçün
Bədii gimnastika, batut gimnastikası, aerobika gimnastikası və gimnastika hamı üçün