OCAQ SPORT KLUBU – AİLƏNİZİN İDMAN OCAĞI

Batut gimnastikası
Batut gimnastikası

Olimpiya növü

Batut gimnastikasına kişi və qadınlar tərəfindən icra olunan batut üzərində fərdi və sinxron çıxışlar, ikili mini-batut və akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir. Bunlardan yalnız batut üzərində fərdi çıxışlar Olimpiya Oyunlarının proqramına daxildir. Fərdi proqramda çıxış edən gimnastlar sinxron cütlük tərkibində, ikili mini-batut proqramı üzrə çıxış edən idmançılar akrobatika cığırında, fərdi hərəkətləri nümayiş etdirən gimnastlar isə ikili mini-batut üzərində də güclərini sınaya bilərlər.
Bütün proqramlar üzrə çıxışlar tullanışların çətinliyi və icrası meyarlarına əsasən qiymətləndirilir. Batut gimnastikasının fərdi çıxışlarında buraya havada uçuş müddəti və üfüqi yerdəyişmə, sinxron hərəkətlərdə isə üfüqi yerdəyişmə ilə yanaşı sinxronluq da əlavə olunur.


Bölmələr

“OCAQ SPORT” KLUBUNUN XIRDALAN BÖLMƏSİ

Bədii gimnastika, Gimnastika hamı üçün, Üzgüçülük, Şahmat, Cüdo, Stolüstü tenis

Ocaq Swimming

Ocaq Swimming

“Ocaq Sport” Klubunun Heydər Əliyev adına İdman-Konsert Kompleksi bölməsi

Bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, “team gym”, gimnastika hamı üçün, hava gimnastikası, xüsüsi uşaqlar üçün gimnastika

  • Heydər Əliyev adına İdman-Konsert Kompleksi Bakı şəhəri, Abbas Səhhət küçəsi 2, AZ1078
  • +99410 433 20 13

“Ocaq Sport” Klubunun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bölməsi

Kişi idman gimnastikası, akrobatika gimnastikası və gimnastika hamı üçün

  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Bakı şəhəri, Fətəli xan Xoyski prospekti 98, AZ1072
  • +99410 533 20 13

“Ocaq Sport” Klubunun Gənclik bölməsi

Bədii gimnastika, batut gimnastikası, aerobika gimnastikası və gimnastika hamı üçün

  • Bakı Olimpiya İdman Kompleksi Bakı şəhəri, Olimpiya küçəsi 13, AZ1110
  • +99410 533 20 13