01 aprel 2025
18-20 mart tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilmiş Bədii Gimnastika
üzrə “Ocaq Sport” Klubu və Şuşa Gənclər İdman Məktəbinin Birgə Açıq Birinciliyi böyük
uğurla başa çatdı.
Turnirdə 9 klubdan 255 gimnast iştirak edərək, öz bacarıqlarını nümayiş etdirdi. Yarış
boyu gərgin və həyəcanlı mübarizə müşahidə olundu. İdmançılar bədii gimnastikanın
incəliklərini göstərərək tamaşaçılara unudulmaz anlar yaşatdılar.
Bu möhtəşəm tədbir gimnastika sevərlərə yüksək səviyyəli çıxışlar təqdim etdi və iştirakçı
klubların gimnastlarının hazırlıq səviyyəsini nümayiş etdirdi. Turnir izləyicilər tərəfindən
böyük maraqla qarşılandı və gimnastika idmanına olan sevgini daha da artırdı.
“Ocaq Sport” Klubu və Şuşa Gənclər İdman Məktəbi gələcəkdə də belə yüksək səviyyəli
yarışlarla gimnastika idmanının inkişafına töhfə verməyə davam edəcək!